Komitədən bildirilib ki, həmin mal əslində Niderlanddan gətirilmiş qızılgül olub.
"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb", - deyə komitə bəyan edib.
Bu o deməkdir ki, Azərbaycana gül məhsulları Niderlanddan gətirilib, sadəcə bu məhsul Ermənistan mənşəli olduğu üçün ölkənin xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal olunan məhsul kimi qeyd olunub. (Report)