12.03.2025, 08:58
AZ EN
12.02.2025, 15:15 170

Azad edilmiş ərazilərdə arıçılıq üçün ən məhsuldar yerlər açıqlandı

XƏBƏRLƏR
  • Azad olunmuş ərazilərə təxminən 200 minə yaxın arı ailəsi köçürülüb.

Bunu “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

"Əvvəl planlaşdırırdıq ki, ümumilikdə həmin ərazilərin iqlimi, bitki örtüyü nəzərə alınaraq, 300 min arı ailəsi köçürmək mümkündür.

Lakin indi vəziyyət dəyişib. Belə ki, azad edilmiş ərazilərə 500 min arı ailəsi köçürmək mümkündür. Arıçılıq üçün ən məhsuldar yerlər Kəlbəcər, Laçın, Ağdərə, Xankəndi, Xocalı, Hadrut, Tuğ, Tağlar, Edişə əraziləridir", - o qeyd edib.

B.Həsrətov onu da əlavə edib ki, suverenliyimiz bərpa edildikdən sonra Xankəndi, Xocalı, Ağdərə və Xocavənd ərazilərinə də arı ailələri köçürülüb.

"Həmin ərazilərdə arıçılıq üçün münbit şərait var. Bu ərazilərin təbiəti arıçılıq üçün çox əlverişlidir. Hazırda Xankəndidə arıçılıq məhsullarının satışını həyata keçirən mağaza fəaliyyət göstərir", - deyə o qeyd edib. (Trend)

Oxşar xəbərlər