22.11.2024, 06:17
AZ EN
01.07.2022, 12:00 584

Türkiyə şirkətləri Qarabağda aqrar sektora investisiya yatırmaq istəyirlər

XƏBƏRLƏR
  • Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Kahramanmaraş şöbəsindən iş adamları Qarabağda aqrar sahə üzrə fəaliyyət göstərmək istəyirlər.

Bunu MÜSİAD-ın Azərbaycan şöbəsinin rəhbəri Rəşad Cabirli bildirib.

"Həmin sahibkarların 2 min hektarlıq ərazidə fəaliyyətlə bağlı istəkləri var. Biz bu tələbi aidiyyəti üzrə yönləndirmişik, sahibkarlara dəstəklə bağlı işlərimizi davam etdirəcəyik", - deyə o, qeyd edib.

R.Cabirlinin sözlərinə görə, Bakıda keçirilən Türkiyə- Azərbaycan iş adamlarının beynəlxalq forumları çərçivəsində də məqsəd digər bölgələrdə yanaşı işğaldan azad edilmiş ərazilərdə investisiya imkanları ilə bağlı ziyarətçiləri məlumatlandırmaqdır.: "Hazırda Qarabağda, ümumiyyətlə işğaldan azad edilmiş digər bölgələrdə MÜSİAD-ə üzv olan şirkətlər fəaliyyət göstərir və orada investisiya ilə bağlı planlar var. Bildiyiniz kimi, investisiya qısa müddətli məsələ deyil. Təbii ki, müəyyən hesabatlar aparılmalıdır və vaxt tələb edir. İş adamlarını həmin ərazilərə cəlb etməkdə davam edirik". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR