Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Qeyd edilib ki, ötən dörd il ərzində növbəti ortamüddətli dövr üçün hazırlanmış büdcə çərçivəsi sənədlərində əks olunan çağırışların əksəriyyəti 2025-2028-ci illərdə öz aktuallığını qoruyur. Əsas aktual çağırışlar "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsidir. (APA)