19.11.2025, 17:01
AZ EN
19.11.2025, 16:01 168

Zahid Oruc: Xankəndidə 500-dən çox obyektin sahibkarlara icarəyə verilməsi real iqtisadi dinamika yaradıb

XƏBƏRLƏR
  • Xankəndidə 500-dən çox obyektin sahibkarlara icarəyə verilməsi real iqtisadi dinamika yaradıb.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, dövlətin balansında olan 10 minə yaxın qeyri-yaşayış obyektinin yalnız 30 faizinin icarəyə verilməsi iqtisadi rezervləri və büdcə gəlirləri üçün əlavə mənbələri göstərir:

"Cəmi iki il əvvəl azad olunan Xankəndidəki iqtisadi canlanma modeli bunu təsdiqləyir. Belə ki, əhali məskunlaşmağı aparılmadığı şəraitdə 500-dən çox obyektin sahibkarlara şəffaf qaydada verilməsi real iqtisadi dinamika yaradıb".

Komitə sədri həmçinin qeyd edib ki, gələn il yanacağın qiymətləri necə olacağı ilə bağlı cəmiyyətdə müəyyən suallar yaranıb:

"Çünki yol vergisindən daxilolmaların 45,5 milyon manatdan 131 milyon manata çatacağı proqnozlaşdırılıb. Hesablama Palatası satış həcminin dəyişməcəyini bildirirsə, qiymət artımı ehtimalına aydınlıq gətirilməsi iqtisadiyyata müsbət siqnal olardı".

Z.Oruc eyni zamanda vurğulayıb ki, gələn il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivi qarşıdakı on ildə regionda iki milyondan çox iş yerinin açılmasına təkan verə bilər:

"Dövlət başçısının qətiyyəti Azərbaycanı ölkənin tərkib hissəsi Naxçıvanla birləşdirən dəhlizin (Zəngəzur dəhlizi - RED.) açılmasına hazırlaşmağımızn zəruri olduğunu göstərir". (Report)

Oxşar xəbərlər