21.11.2024, 22:59
AZ EN
16.10.2024, 13:20 234

Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim edilib

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat, xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir. Bunlar, 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,3 % və 4,1 % çoxdur.

Son nəticədə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə % azdır. (Report)

Oxşar xəbərlər