15.10.2025, 20:44
AZ EN
15.10.2025, 15:47 230

"Azərişıq": Qarabağda bütün yaşayış evləri 100 % elektrik enerjisi ilə təmin edilib

XƏBƏRLƏR
  • Qarabağda bütün yaşayış evləri 100 faiz elektrik enerjisi ilə təmin edilib.

Bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

Onun sözlərinə görə, qurum Qarabağ və Şərqi Zəngəzurda enerji təchizatı işlərini şəhərlərin Baş Planına uyğun şəkildə həyata keçirir: "Hansı yaşayış məntəqəsinə elektrik xətti çəkilməsi tələb olunursa, digər aidiyyəti qurumlarla birlikdə həmin işləri vaxtında icra edirik. Qarşıda qoyulan bütün tələblərə uyğun olaraq ərazilərin elektrik enerjisi ilə təmin olunması davam etdirilir. Eyni zamanda qeyri-əhali sektoru üzrə də yeni müəssisələrin – zavod və fabriklərin – enerji təchizatı üçün tələb olunan gücü təmin etməyə hazırıq".(Report)

Oxşar xəbərlər