29.03.2024, 09:46
AZ EN
15.03.2023, 12:51 144

Cəbrayılda beton zavodu inşa olunacaq

XƏBƏRLƏR
  • İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident - “Holcim (Azərbaycan)” ASC qeydiyyata alınıb.

Nazirlikdən verilən məlumata görə, yeni rezident tərəfindən Sənaye Parkının 5 hektar ərazisində əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, eləcə də sement satışı üzrə terminal təşkil ediləcək.

İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20 nəfərdən çox insanın daimi işlə təmin olunması planlaşdırılır. İstehsal ediləcək məhsulların daxili bazarda satışı nəzərdə tutulur.

Qeyd: İndiyə qədər Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 3 sahibkarlıq subyekti rezident, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyatdan keçib. (Trend)

Oxşar xəbərlər