21.11.2024, 23:21
AZ EN
28.10.2024, 14:50 227

Fransa işğal altında saxladığı müstəmləkə ərazilərdə törətdiyi cinayətləri ört-basdır edir

YAZILAR
  • Fransa Yeni Kaledoniyada və digər dənizaşırı departament adı altında işğal altında saxladığı müstəmləkə ərazilərdə törətdiyi cinayətləri ört-basdır edir.

Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, oktyabrın 23-də Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsində Fransanın Xarici işlər naziri Jean- Noel Barrotun iştirakı ilə dinləmə keçirilib.

"Dinləmənin əsas məqsədi Fransanın Xarici İşlər Nazirliyinin 2025- ci il büdcəsini və beynəlxalq vəziyyəti müzakirə etmək olsa da, Azərbaycanafob senatorların fikirləri və xüsusilə də ermənipərəst senator Valerie Boyer Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib, Azərbaycanı qaz diktaturası adlandırıb, guya Azərbaycanın Fransanın daxili işlərinə qarışmasını vurğulayıb, COP29 ilə bağlı Azərbaycanın iştirakını sorğulayıb.

Təbii ki, səhnələşdirilmiş teatrı xatırladan bu müzakirələrdə nazir Jean- Noel Barrot Valerie Boyerin sualını əsas götürərək bildirməliyik ki, həmin dinləmədə ölkəmizə qarşı yeni- yeni ittihamlar və əsassız fikirlər səsləndirilib.

O qeyd edib ki, Azərbaycanla münasibətlərimizdə oxşarı olmayan böyük böhran baş verib, Azərbaycan hətta informasiya müstəvisində Fransaya qarşı hücumlarını davam etdirir və Fransanın daxili işlərinə qarışır, Yeni Kalodoniyada baş verən proseslər Azərbaycanın təhriki ilə baş verir", - deputat əlavə edib.

T.Gəncəliyevin sözlərinə görə, Fransanın xüsusi yaradılmış rəqəmsal məsələlərlə məşğul olan xidməti (VİGİNUM) bu barədə hansısa məlumatlarını irəli sürərək, guya Azərbaycanın Fransaya qarşı təxribat xarakterli fəaliyyət aparmasını əsaslandırmağa çalışıb.

"Bütün bunların bir məqsədi var ki, Fransa yenə də Yeni Kaledoniyada və digər dənizaşırı departament adı altında işğal altında saxladığı müstəmləkə ərazilərdə törətdiyi cinayətləri, yerli əhalinin demokratik tələblərini aqressiv şəkildə susdurmasını ört-basdır edir.

Bir tərəfdən demokratiya, insan hüquqları, liberal prinsiplərdən bəhs edən Fransa digər tərəfdən isə müstəmləkədən çıxmaq istəyən xalqlara divan tutur və bu kimi cinayətləri gizlətməkdən ötrü guya Azərbaycanın həmin ərazilərə müdaxilə etməsini vurğulayaraq, bu məsələlərdə Azərbaycanı birbaşa günahlandırır.

Biz Fransanın törətmiş olduğu bu cinayətləri, beynəlxalq hüquq pozuntularını, bəşəriyyətə qarşı törətdiyi cinayətləri görürük və qınayırıq. Eyni zamanda, Fransanın öz törətdiyi cinayətləri başqalarının üzərinə yıxmaq və başqalarını ittiham etmək kimi ikiüzlü, riyakar siyasətini də qəti şəkildə pisləyirik. Fransaya nə mane olur ki, həmin müstəmləkə ərazilərində insanları öldürməkdən çəkinsin və başqalarını da ittiham etməsin? Demək ki, Fransa öz cinayətlərini gizlətməkdən ötrü bu fəaliyyəti davam etdirir. Və bununla bağlı hətta Fransa senatında xüsusi dinləmələr keçirilir, Fransanın xarici işlər naziri də səhnələşdirilmiş teatrda iştirak edərək yerli senatorun verdiyi suala əsasən belə bir əsassız mövqe səsləndirir.

Digər ikinci mühüm məqam COP29 ilə əlaqəli ölkəmizə qarşı qarayaxma kampaniyasıdır ki, yenə də Azərbaycanı əsassız yerə qaz diktaturası adlandıran, COP29 sessiyasına kölgə salan Fransız nümayəndələri əslində anlamırlar ki, onlar COP29-a qarşı hücum etməklə təkcə Azərbaycana qarşı hücum etmirlər, onlar dünyanın iqlim dəyişikliyi problemini gündəmə gətirən bu önəmli məsələni müzakirələr üçün hazırlayan, konfransın keçirilməsinə çox böyük qüvvə ilə, enerji ilə hazırlaşan ölkəmizə qarşı hərəkət etməklə, əslində, dünyanın iqlim dəyişikliyi pobleminə kölgə salırlar.

Bu da təəcüblü deyil, çünki Fransa Avropanın əsas imperialist ölkəsi kimi tarix boyu müxtəlif yerlərdə müharibələr aparıb, hələ də müstəmləkə altında saxladığı ərazilərində çox sistematik və ciddi şəkildə flora və fauna resurslarını mənimsəyərək öz talançılıq siyasətini davam etdirir. Fransa iqtisadiyyatı Avropa İttifaqının əsas lokomotivi kimi həmin o resurslar əsasında ayaqda durur. Fransada fəaliyyət göstərən böyük nüvə reaktorları Avropanın əksər əhalisinin enerji tələbatını təmin edir.

Məlumdur ki, həmin nüvə reaktorlarının işləməsi üçün Fransanın müstəmləkə ərazisi olan Afrikadan əldə olunan böyük uran resursları lazımdır. Bütün bunları danışmaq əvəzinə Fransa xarici işlər nazirinin səsləndirdiyi Yeni Kaledoniyaya Azərbaycanın müdaxiləsi və COP29 ilə bağlı əsassız fikirlərini riyakar və ikiüzlü siyasətini daim ifşa etmişik və ifşa etməkdə də davam edəcəyik", - o yekunlaşdırıb. (Trend)

Oxşar xəbərlər