23.02.2025, 01:28
AZ EN
22.02.2025, 10:03 182

Deputat: 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsi istiqamətində mühüm addımlar atılır

YAZILAR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və bərpa işləri sürətlə davam etməkdədir. Prezident İlham Əliyevin bu günlərdə Ağdamda, Xankəndidə və Xocalıda aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olması görülən işlərin dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, həmin ərazilərə köçürülmüş keçmiş məcburi köçkünlər üçün orada bütün müasir şərait yaradılıb:

“Prezident İlham Əliyevin sakinlərlə görüşlərində də sakinlər yaradılan şəraitdən məmnun qaldıqlarını diqqətə çatdırdılar. Azad edilmiş ərazilərə köç prosesi sürətlə davam edir. Üç gün öncə 205 nəfərdən ibarət daha 42 ailə öz doğma torpaqları Cəbrayıla geri döndülər və onlar üçün tikilmiş yeni mənzillərin açarları onlara təqdim edildi. Çox sevindirici haldır ki, artıq 10 mindən artıq keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb və 2025-ci ildə daha çox insanımızın geri dönməsi nəzərdə tutulur”.

A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçvəsində 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm addımlar atılır.

“Azərbaycan Vətən müharibəsində tarixi Zəfərdən sonra qarşıya qoyduğu bütün məqsədləri uğurla reallaşdırır. Bunu üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb. O cümlədən 2025-ci ildə 4 milyard manat ayrılıb. Ayrılan bu vəsait həmin ərazilərdə nəzərdə tutulmuş işlərin uğurla icra edilməsinə imkan verir.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində inkişaf edən dayanıqlı iqtisadi inkişaf Azərbaycana öz ərazilərini kimdənsə kömək almadan bərpa etmək imkanı verir. Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqların çiçəklənin bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparılır”, - deyə deputat qeyd edib. (Trend)

Oxşar xəbərlər