10.10.2024, 14:03
AZ EN
01.06.2023, 11:45 309

Qarabağ separatçılarını cəhənnəm gözləyir

YAZILAR
  • Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etməsi və Qarabağdakı ermənilərin bütün hüquqlarının təminatına çalışması separatçıların, belə demək olarsa, iştahlarını yeni qanlar üçün artırıb.

Cənab İlham Əliyevin mayın 28-də Laçındakı dərin məzmunlu və proqram xarakterli çıxışına əsil terrorçu xisləti ilə yanaşan haylar yenə də belə bir iyrənc fikir söyləyirlər ki, heç vaxt Azərbaycan vətəndaşı olmayacaqlar, vuruşaraq "müstəqilliklərini" qoruyacaqlar.

Separatçı rejimin içindəki fikir ayrılıqları isə deməyə əsas verir ki, erməni icmasının deyil, özlərinin şəxsi maraqlarını önə çəkənlər üçün artıq hər şey bitmək üzrədir və onları hansısa vəzifə yox, məhz özlərinin getmək istədikləri cəhənnəm gözləyir."Hraparak"ın bu gün yaydığı xəbərlər də məhz bunu təsdiqləyir.

Nəsib

Oxşar xəbərlər