Xüsusi təşkilatlar dedikdə, həm də xarici QHT-lər nəzərdə tutulur. Ümumi olaraq Qərb adlandırdığımız bu ölkələr QHT-ləri maliyyələşdirir, həmin QHT-lər də müxtəlif şəxslərə, media orqanlarına qrantlar ayırır və dövlətimizin üzərinə göndərirlər. “Mikraskob media”, “Abzas-media”, “Toplum TV” və “Meydan TV” və bu kimi media ünsürlərinin fəaliyyəti Azərbaycan daxilində pozuculuqla məşğul olmaq, dövlətin apardığı siyasəti Azərbaycan daxilində pozuçuluqla məşğul olmaq, dövlətin apardığı sosial siyasətə ləkə yaxmaq və bununla da dövlətimizin imicinə xələl gətirməkdir. 2020-ci ilədək bu dairələrin məqsədi Azərbaycanı Qarabağ hədəfindən yayındırmaq idi. Bu məqsədlə onlar vaxtilə Leyla Yunus, və Arif Yunus kimiləri vasitəsilə kampaniyalar aparıb cəmiyyətdə süni passivizm toxumu səpirdilər. Lakin onlar istədiklərinə nail ola bilmədilər. Biz həm bu silahsız düşmənələrə, həm də silahlı düşmənlərə qalib gəldik və 2020-ci ildə Böyük Zəfər qazandıq. Lakin yenə də bizə qarşı hücumlar dayanmadı. Əksinə, zəfərimizi həzm edə bilmədikləri üçün hücumlar daha kəskin hal aldı. Fransa xüsusi xidmət orqanları əsasən Fransa və Almaniyada yerləşən informasiya təxribatçıları hesab olunan yotube kanalları vasitəsilə hücumlarını kəskinləşdirdilər. Ermənistan xüsusi xidmət orqanları Azərbaycan sosial-media və media sqmentini təhlil edir və materiallar torplayır və Fransa vasitəsilə həmin şəxslərə ötürülür.
“Ayrı-ayrı güc mərkəzlərinin, xüsusi xidmət orqanlarının sifarişlərini, təlimatlarını icra edən şəxslər tapılır. Onlar əsasən xaricdə informasiya təbliğatı ilə məşğul olur. Hibrit kontekstdə ölkəmizə qarşı hücumlar təşkil edir. Müxtəlif toplantılarda, konfranslarda ölkəmiz əleyhinə məkrli planların alətinə çevirlirlər”. Bu sözləri politoloq İlyas Hüseynov mətbuata açıqlamasında deyib. O, əlavə edib ki, əlbəttə, burada da maliyyə mənbəyi Qərb valyutası, Qərb dayağıdır və eyni zamanda yutube sosial şəbəkəsində “Azad söz”, Qənimət Zahid, Sevinc Osman qızı, Məhəməd Mirzəli kimi şəxslər təhqir, böhtan, iftira dolu kampaniyalarını davam etdirirlər: “Eyni zamanda sabiq diplomat Arif Məmmədov da fəallaşıb və açılan müxtəlif proqrmlarda bir-birilərini dəvət edərək diskusiyalar təşkil edirlər. Məqsəd ictimaiyyəti çaşdırmaq, səhv yönə istiqamətləndirmək və bununla öz havadarlarının verdiyi tapşırıqları icra etməkdir”.
Təbii ki, bütün bu hücumlar dövlətimizin Xüsusi Xidmət Orqanları tərəfindən dəf edilir və qarşısı alınır. Burda vəzifə təkcə dövlətin üzərinə düşmür. Cəmiyyətimiz və media da öz üzərində məsuliyyəti dərk etməli və qaragüruha qarşı mübarizə aparmalıdır. Hər bir fərd öz dövlətinin müdafiəsinə qalxmalı, vətəndaşlar vətənsizləri yerinə oturtmalıdır. Çünki dövlətimizi bu qüvvələrdən qorumaq mahiyyətcə ermənilərə qarşı Vətənimizin müdafiəsinə qalxmaqdan fərqlənmir.
Tahirə AĞAMİRZƏ