Bu sözləri mətbuata açıqlamasında politoloq Elxan Şahinoğlu deyib O, qeyd edib ki, səfirliyimizin gələcək fəaliyyətinin təhlükəsizliyinə təminat verilmədiyinə görə danışıqlarda irəliləyiş yox idi: "Yeni binada təhlükəsizlik tədbirlər artırılacaq. Səfirliyin fəaliyyətə başlaması İranda qanunsuz həbsdə saxlanılan Azərbaycan vətəndaşı olan tələbəmizin hüquqlarının qorunmasına işinə də dəstəkdir.
Azərbaycanın Tehrandakı səfirliyinin İranda Azərbaycan Türkü Məsud Pezeşkianın prezident seçildiyi dövrə təsadüf etməsi də diqqəti cəlb edib. Bu rəsmi Bakının İranın yeni prezidenti ilə münasibətlərin inkişafına maraqlı olmasına işarədir. Öz növbəsində Məsud Pezeşkian uzun müddətdən sonra Azərbaycan səfirliyinin Tehranda fəaliyyətə başlamasını özünün ilk xarici siyasət uğurlarından biri hesab edə bilər".
Politoloq daha sonra əlavə edib ki, Azərbaycan İranla normal münasibətlərdə və ortaq layihələrin reallaşmasında maraqlıdır: "Ancaq Məsud Pezeşkian və onun komandası elə etməlidirlər ki, İrandakı müxtəlif qüvvələr Azərbaycana qarşı təxribatçı açıqlama və fəaliyyətlərdən əl çəksinlər",- deyə E.Şahinoğlu vurğulayıb.
Tahirə AĞAMİRZƏ