22.11.2024, 18:14
AZ EN
06.07.2023, 11:48 306

Mahir Abbaszadə: "Bu geosiyasi oyunlardan çıxdaş ölkə Ermənistan olacaq"

YAZILAR
  • "Revanşistlər anlamalıdır ki, onların istənilən cəhdi iflasa məhkumdur və onların baş qaldırılmasına imkan verilməyəcək. Necə ki, indiyədək baş qaldıranın başı yerindəcə əzilibsə, bundan sonra da əziləcək".

Bunu “Ölkə.az”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Millət vəkili qeyd edib ki, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasını istəməyən güclərdən “ilhamlanan” həmin revanşistlər bilməlidir ki, Azərbaycan sərt üzünü göstərəndə başlarını soxmağa yer tapa bilməyəcək və həmin havadarlar da onlara dəstək ola bilməyəcək: “Uduzan tərəf özləri olacaq. Azərbaycan sülhə məcburetmə taktikasından istifadə etməklə məqsədinə nail olacaq. Vaşinqton danışıqları da sübut etdi ki, masada ancaq və ancaq Azərbayanın təklif etdiyi gündəlik müzakirə olunur. Bu da ondan ibarətdir ki, Qarabağdakı qanunsuz hərbi birləşmələr və işğalçı-terrorçu 

strukturun buraxılıb tərksilah edilməsi, Bakının şərtləri daxilində reinteqrasiyası prosesinə başlanılması, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atılmalıdır”.

Millət vəkili daha sonra əlavə edib ki, rəsmi İrəvan da sülhlə bağlı verdiyi bəyanatları praktik olaraq həyata keçirilməsi istiqamətində addımlar atmalıdır: “İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edirsə, o zaman bunu sübut etmək üçün Xankəndindəki işğalçı struktura verdiyi bütün dəstəklərdən, o cümlədən onları maliyyələşdirməkdən imtina etməlidir. İrəvan verdiyi bəyanatları praktik olaraq həyata keçirməyincə, onun bu hərəkətləri sülh danışıqlarından manipulyasiya edib vaxt udaraq bölgədə sabitliyə, sülhə, təhlükəsizliyə təhdid kimi qiymətləndiriləcək.

Son olaraq onu da qeyd etmək istərdim ki, İrəvan Cənubi Qafqazı bölgədə marağı olan güclərin geosiyasi toqquşma meydanına çevirməkdən qaçmalıdır. Nəticədə bu geosiyasi oyunlardan çıxdaş ölkə olacaqsa, o da Ermənistan olacaq”,- deyə depurat vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər