Ermənistan parlamentindəki iqtidar deputatlarının birləşdiyi "Vətəndaş müqaviləsi" fraksiyasında daxili çəkişmələr yenidən güclənib. Bu barədə xəbər verən gündəlik "Joğovurt" qəzeti bu günkü sayında yazır ki, hakim fraksiyanın tərkibində artıq bir neçə qrup yaranıb. Qruplardan birinə təhlükəsizlik və müdafiə məsələləri komissiyasının sədri Andranik Koçaryan, birinə Arsen Torosyan, digərinə isə parlament sədri Alen Simonyan başçılıq edir.
Qəzet əlavə edir ki, hər qrup digərindən SMS vasitəsilə baş nazir Nikol Paşinyana məlumatlar ötürür və etibarlı mənbəyə istinadən iddia edir ki, hakim partiyanın deputatlarının qruplara bölünməsinin səbəbi isə Azərbaycanla sülh müqaviləsi barədə yaranan fikir ayrılığı və mövqe nümayişidir.
N.Qaramanlı