22.11.2024, 12:26
AZ EN
14.11.2023, 16:00 288

Fransa bölgədə yeni qarşıdurma yaratmağa çalışır

YAZILAR

Ədalət Verdiyev yazır:

Fransa Ermənistana silah ötürməklə yeni qarşıdurma yaratmağa çalışır. Nə 20, nə də 50 Bastion personal daşıyıcısı heç bir halda Ermənistanın Vətən Müharibəsində və ondan sonrakı dövrdə məruz qaldığı 6 milyard manatlıq itkilərinin yerini doldura bilməz. Güc balansına da təsir edə bilməz. Amma Ermənistanı cəsarətləndirə və növbəti təxribatlar törətməyə sövq edə bilər. Bu isə 30 il ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur rayonları ərazisində insanlığa zidd fəaliyyətlər göstərən, imzaladığı sənədlər üzrə öhdəlikləri yerinə yetirməkdən imtina edən Ermənistanın növbəti dəfə, həm də daha sərt şəkildə cəzalandırmaq üçün Azərbaycana imkan yarada bilər.

İstənilən halda baş verə biləcək hər bir qarşıdurmaya görə məsuliyyəti başına dəyən şillə və yumurta zərbələrindən kontuziya alan Emanuel Makron daşıyacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər