18.06.2025, 17:39
AZ EN
10.07.2023, 13:09 471

Turan Rzayev: “Rəsmi Bakı adekvat cavab addımları atacaq”

YAZILAR
  • Qarabağda atəşkəsi pozaraq hərbi təxribatlar törədirlər. İstər Ermənistan ordusu, istərsə də separatçılar sərhəddə bu dəfə təxribatlarının əhatəsini genişləndirərək gərginliyi daha da artırıblar. Bu ölkənin silahlı qüvvələrinə və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrakopterlər Laçın Naxçıvan və Xocavənd istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib. Bundan əlavə, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılması qarşı tərəfin sərhədə yenidən aktivləşməsi ilə regionda gərginliyi artırmaq istədiyi görünür.

Azərbaycan-Ermənistan arasında danışıqların getdiyi bir vaxtda Ermənistanın davamlı olaraq təxribatlar törətməklə vəziyyəti qəsdən gərginləşdirməsi təsadüfi deyil.

Siyasi şərhçi Turan Rzayev “ARB-24”ə açıqlamasında bildirib ki, “Qisas-2” əməliyyatının fonunda Azərbaycan tərəfi qarşı tərəfə, həm Ermənistana, həm də separatçılara açıq şəkildə bir mesaj verdi ki, bu proses bu cür davam etməyəcək: “Əslinə qalsa, bununla da həm rəsmi Bakı “Qisas-3” və antiterror əməliyyatlarının anonsunu vermiş, amma qarşı tərəfin davamlı surətdə təxribatlar törətməsi, bunun danışıqlar srossesinin getdiyi bir zamanda baş veməsi isə heç də təsadüfi deyil. Hesab etmək olar ki, indiki məqamda həm hücumların miqyasının geniş olması, yəni aktivliyin geniş bir areala yayılması, Ordubad, Kəlbəcər və Şuşa istiqamətində təxribat xarakterli fəaliyyətlərin başlanması, əslində ondan xəbər verir ki,  regionda gərginliyin artmasında maraqlı olan qüvvələr var. İndiki məqamda təxribatların bu qədər geniş yer alması həm Ermənistan-Azərbaycan şərti dövlət sərhədində, həm də Rusiya “sülhməramlılarının” müvəqqəti nəzarətində olan ərazilərdə törədilməsi ondan xəbər verir ki, rəsmi Bakı da öz növbəsində adekvat cavab addımları atacaq”, - deyə politoloq fikrini ifadə edib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər