19.09.2024, 06:00
AZ EN
15.05.2023, 19:07 340

Samir Hümbətov: "Görüşdə Azərbaycanın maraqlarını təmin edən nəticələr əldə olunub"

YAZILAR
  • Məlum olduğu kimi, mayın 14-də Türkiyədə Prezident və parlament seçkilərinin keçirilməsi, həm də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilən görüşü dünya dövlətlərinin maraq dairəsini kəsb etdi.

Görüşdən öncə Ermənistan qəstən və bilərəkdən Azərbaycana qarşı təxribatı ictimaiyyətdə bu görüşün reallaşmaması qənaəti yaratsa da, görüş reallaşdı.

Politoloq Samir Hümbətov bununla bağlı "Vetensesi.az"ın sualını cavablandırıb.

-Samir bəy, Brüssel görüşünün Azərbaycan üçün hansı faydaları var və bu görüşdə Azərbaycanın xeyrinə hansı addımlar atılıb?

-Brüssel görüşünün Azərbaycan üçün faydalı olduğunu düşünürəm. Reallaşan beşinci raunt Brüssel görüşündə Azərbaycan və Ermənistan liderləri arasında əsas mövzu əlbəttə ki, münasibətlərin tənzimlənməsi, ərazi bütövlüyü məsələsi və digər xüsusi vacib olan məsələlər yer tutub. Onu da qeyd edim ki, görüşdə əsir düşmüş iki əsgərimizin taleyi ilə bağlı məsələlər də müzakirə mövzusu olmuşdur. Görüş 4 saat çəkib. 4 saatın sonunda Şarl Mişelin mətbuat konfransında  verdiyi açıqlamalardan belə qənaətə gəlmək olur ki, artıq tərəflər arasında bir sıra məsələlərdə ciddi irəliləyişlər var. Xüsusən də Vaşinqton görüşündə əldə edilən nəticələrin Brüssel görüşündə daha da möhkəmlənməsi prosesi gedir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, yəni 86.6 min kilometrlik ərazisini tanıması, Qarabağın Azərbaycanın tərkib hissəsində olmasını qəbul etməsi, əslində, həm də elə Ermənistanın Azərbaycanın ərazi bütövlütünü tanıması xüsusi əhəmiyyət daşıyır.

Atılan addımlar, Alma-Atı prinsiplərini də əsas götürərək qəbul edilməsi ondan xəbər verir ki, deməli, nəsə bir irəliləyiş var. Amma bu əldə edilən uğurlara çox da tez sevinməyək, çünki Ermənistan elə bir mövqedə olan dövlətdir ki, hər dəqiqə fikrindən dönə bilir, təsir altına düşə bilir. Qarşıda bizi Kişniyov görüşü gözləyir. Yəni Moldovada keçiriləvək bir görüş var, qeyri-formal. Eyni zamanda Moskvada görüşün keçirilməsi nəzərdə tutulub.

Azərbaycan tərəfində hər hansı bir problem yoxdu. Azərbaycan zatən mövqeyini ortaya qoyub, açıq şəkildə də prinsiplərini bəyan edir. Amma burada ən böyük problem Ermənistanın öz mövqeləri üzərində dayanıb-dayanmaması məsələsidir. O baxımdan hesab edirəm ki, hələ ki, bu detalları tam açmasalar da, bilirik ki, ərazi bütövlüyünün tanınması, sülh danışıqlarının sürətlənməsi, sülh müqaviləsi üzərində işlənilməsi və s.məsələlər bunların hamısı əsas müzakirə merimetri olubdu. Yaxın zamanlarda isə digər kiçik detalların yəqin ki, açıqlanması da Azərbaycan hökumət tərəfindən veriləcək. Bizim üçün də prioritet olan verilən açıqlamaların hansı istiqamətdə yönəldiyini aydınlaşdırmaqdır.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər