22.11.2024, 10:12
AZ EN
16.02.2023, 11:18 395

Haylar özlərinə humanist imici yaratmağa çalışırlar

YAZILAR
  • Qardaş Türkiyədəki zəlzələnin İranla Ermənistandan başqa dünyanın bütün yerlərində acı təəssüflərlə qarşılandığı və kövrək insani duyğular yaratdığı barədə müxtəlif informasiyalar yayılmaqdadır. Hayların mətbuatında obyektivlik baxımından ikinci yerdə olan "Joğovurt" qəzeti fevralın 16-dakı sayında yazır ki, Ermənistan hakimiyyəti özünün ehtiyat fondundan fövqəladə hallar nazirliyinə Türkiyə və Suriyaya humanitar yardım məqsədi ilə 157 milyard 816 min dram ayırıb. Həmin vəsaitlə isə humanitar yardım alınaraq sözügedən ölkələrə göndərilib. Tırların 1993-cü ildən bağlı olan körpüdən keçdiyini və bundan sonra da  həmin yoldan istifadə ediləcəyini xatırladan qəzet onu da bildirib ki, Ermənistan bu hərəkəti ilə dünyanın diqqətini özünə cəlb edib.

Qarabağdakı separatçı rejimin də Türkiyəyə humanitar yardım göndərməsini məsləhət görən qəzetin yazdıqları deməyə əsas verir ki, haylar fürsətdən istifadə edərək özlərinə humanist imic qazanmaqla 30 ilə yaxın işğalda saxladıqları bölgələrimizdə törətdikləri vəhşilikləri ört-basdır etmək üçün gələcəkdə kimlərdənsə dəstək qazana bilsinlər.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR