22.11.2024, 21:08
AZ EN
03.07.2023, 14:10 356

İlyas Hüseynov: “Ermənistanın absurd iddiaları gülünc doğurur”

YAZILAR
  • “Qisas-2” əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin vətəndaşlığı haqqında Ermənistanın dezinformasiyaları gecikmədi. Xüsusi Tapşıqılar üzrə səfir Marukyan gülünc iddialar səsləndirərək Azərbaycanın onları Ermnistan ordusunun əsgəri kimi qələmə verdiyini bildirib. Onun sözlərindən belə çıxır ki, guya Qarabağda Ermənistan hərbçisi yoxdur. Öldürülənlər də qarabağlıdılar. Bu isə şoudan başqa bir şey deyil. Ermənistanın iddia etdiyi kimi bu əsgərlər Qarabağlıdırlarsa, niyə onlardan yalnız ikisi Ermənistanın hərbi qəbiristanlıında basdırılır?

Politoloq İlyas Hüseynov “ARB24” ə məsələyə ilə bağlı açıqlamasında bildirib  ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri E.Marukyanın hər zaman olduğu kimi fikirləri təzadlıdır, eyni zamanda da gülünc doğurur: “Elə Ermənistanın özündə də ona kinayə ilə yanaşırlar. Hər zaman baş verən proseslərdə Ermənistanı müdafiə etmək xarakterli fikirləri geniş rezonansa səbəb olur. Digər tərəfdən, əlbəttə ki, Qarabağ iqtisadi zonasında  olan ermənilər Ermənistan vətəndaşlarıdı və  Ermənistanın pasportunu daşıyırlar”.

Sosial şəbəkələrin erməni seqmentində Ermənistana təhvil verilən  iki meyiddən birinin Samvel  Tarosyanın özünün, pasportunun, hərbi biletinin fotoları da yayılıb. Bunlardan aydın görünür ki, 20 yaşlı Tarosyan Ermənistan vətəndaşıdır. Buna baxmayaraq,  hərbi xidmətini keçmək üçün Qarabağa göndərilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər