23.04.2025, 00:21
AZ EN
22.04.2025, 16:33 128

Din xadiminin təxribatçı çağırışları bütün dini qaydalara zidd addımıdır

YAZILAR
  • Erməni kilsəsi tarix boyu olduğu kimi, bu gün də iki xalq arasında ədavət və düşmənçiliyi alovlandırmağa çalışır. Yenidən erməniləri müharibəyə təşviq və təhrik edir.

Tarix boyu erməni xalqının başına gələn bütün müsibət və faciələrin əsas səbəbkarlarından biri məhz erməni kilsəsi olub. Ermənilər eyni faciələri yaşamamaq üçün tarixddən ciddi nəticə çıxarmalıdırlar.

Bütün ermənilərin katalikosu II Qaragin revanşist xəyallarından ayrıla bilmir. Ölkəsində ordusunun gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu, heç də müdafiə xarakteri daşımır. Bu, yeni müharibə hədələri ilə bağlı siqnaldır. Bölgədə revanşist əhval-ruhiyyə sərgiləyən din xadiminin təxribatçı çağırışları bütün dini qaydalara zidd addımıdır. Lakin erməni toplumu üçün heç zaman dini, mədəni, əxlaqi dəyərlərin önəmi olmayıb. Erməni din xadiminin revanşist çağırışları da yuxarıda dediklərimizin əyani sübutudur. Çirkin xislət və niyyətin mahiyyəti heç zaman dəyişmir.

“Biz deyə bilərik ki, erməni xalqının bütün faciələrinin kökünün əsasında məhz bu kilsə durur. Bu kilsə birinci Qarabağ müharibəsini də körükləmişdi və bu gün də bu istiqamətdə öz rolunu oynamağa çalışır”.

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov mözuya münasibət bildirərkən açıqlamasında deyib.

Millət vəkili bildirib ki, onlar nəzərə almalıdırlar ki, bu siyasət, bu yanaşma artıq erməni cəmiyyəti tərəfindən də  qəbul edilmir: “Erməni cəmiyyəti də anlayır ki, müharibə bu xalqlara yalnız faciə gətirib və bu gündən sonra da faciə gətirəcək. Onlar çalışmalıdırlar ki, Azərbaycan xalqı ilə bir yerdə  sülh şəraitində yaşasınlar. Əslində biz hər bir dinin mahiyyətinə baxanda bu dinlərin əsas mahiyyətinin insanlar arasında sülhə töhfə vermək, sülhü bərqərar etmək olduğunu görürük. Amma təəssüf ki, biz bunu erməni kilsəsi haqqında söyləyə bilmirik”.

Ermənistan-Azərbaycan arasında sülh danışıqları davam edir. Rəsmi İrəvan isə Azərbaycanla şərti sərhəddə təxribatlar törətməklə sülh prosesinə kölgə salır. Birmənalı olaraq deyə bilərik ki, təxribatların genişlənməsində revanşist qüvvələr mühüm rol  oynayır.

2020-ci ilin 44 günlük müharibəsində Vətən savaşından sonra da erməni kilsəsi öz ampulasındadır. Sabitliyə, inkişafa yox, birbaşa revanşizmə yol açır. Dini dəyərlərin əksinə olaraq erməni şovinizm əsasında fəaliyyət göstərir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər