18.06.2025, 11:10
AZ EN
25.04.2023, 10:30 326

Fransa Xİ naziri niyə gəlir

YAZILAR
  • Ermənistan mətbuatı xəbər verir ki, Fransanın xarici işlər naziri Kertin Kolonna aprelin 26- 28-də öncə İrəvanda, sonra isə Bakıda və Tbilisidə səfərdə olacaq. O, hər üç ölkənin dövlət başçıları və xarici işlər nazirləri ilə görüşəcək. O da bildirilir ki, Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşdə Laçında açılmış nəzarət-buraxılış məntəqəsi ilə bağlı fikir mübadiləsi aparılacaq, Avropa İttifaqının İstisu (ermənilər Cermuk deyir - N.Q.) şəhərində yerləşən "müşahidə missiyası"nın fəaliyyəti ilə yerində tanış olacaq.

Fransanın Azərbaycana münasibəti, ermənilərə bacı olması, əlbəttə, hamıya bəllidir. Onun bu nazirinin Bakıya hansı üzlə gəldiyi barədə fikirləşərkən isə məscid və itlə bir atalar sözü yada düşür.

N.Qaramanlı

Oxşar xəbərlər