22.11.2024, 02:46
AZ EN
11.06.2024, 13:34 330

Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları enerji, nəqliyyat layihələri böyük regional və qlobal əhəmiyyət daşıyır

YAZILAR

AzTV-nin “Hədəf” verilişində politoloq İlyas Hüseynova ünvanlanan Azərbaycan və Türkiyənin Cənubi Qafqazda, ümumilikdə regional və qlobal miqyasda kommunikasiya əməkdaşlığı sizin baxış bucağınızdan necə görünür və perspektivdə bizə nələr vəd edir sualını belə cavablandırıb:

“Biz Türkiyə ilə daim bir yarışda olmuşuq. Bu yarış hər zaman kənar aktorlarla gedib, enerji sahəsində gedib. Bu gün isə nəqliyyat sahəsində bu proyeksiya olunur.  Nəqliyyat sahəsində yarışda da zatən biz irəlidəyik. Bakı-Tbilisi-Qars açıq-aydın bir nümunədir ki, bizim dostluğumuz həm də nəqliyyat sahəsində daha da inkişaf edib”. Politoloq sonra xatırladıb ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan, eləcə də  Cəniub Qaz Dəhlizi tikiləndə buna qarşı ekoloqlar qalxırdı, müxtəlif təbiəti qoruyan təşkilatlar bu layihələrə qarşı çıxış edirdilər. Bu gün isə mənzərə tamamilə başqadır: “Amma vaxtilə, məsələn, podratçıların,  investorların, layihədə maraqlı olan siyasi tərəflərin  vahid baxışının olması NABUKO layihəsini kənara qoydu. Sonra Nabuko-Vest layihəsi irəli sürüldü. Onu TAP-la müqayisə edirdilər. Onun üzərində və ya TAP-ın üzərində seçimlər var idi. Məhz Azərbaycan, Gürcüstan və Türkiyənin möhkəm siyasi iradəsi nəticəsində biz Cənubi Qafqaz Boru Kəmərini istifadəyə verdik. Onun əvvəlki adı Bakı-Tbilisi-Ərzurum idi. Daha sonra TANAP, ardınca TAP və uğurlarımızın da həkk olunduğu kimi, 2020-ci ildə biz Cənub Qaz Dəhlizinin hər üç seqmentinin işə başladığını gördük. Amma bu gün Vətən müharibəsi sonrası yeni geopolitik reallıqlarda  nəqliyyat imkanları üçün  xüsusi şərait formalaşmışdı. Bu, həm Zəngəzur dəhlizi ilə bağlıdır, həm də  Orta Dəhliz məsələsini gündəmə gətirir. Orta Dəhlizlə də bağlı onun enerji komponenti ilə bağlı bir sıra mübahisələr var idi.  Onun içində Xəzərin hüquqi statusu və yaxud orda olan ölkələrin buna maraq göstərməməsi, baykot etməsi nəticəsində də bu layihə bir qədər kənarda qaldı. Yəni bütün bunlar ortaq fikrin olmamasına rəğmən,  Azərbaycan, Gürcüstan və Türkiyənin, əsas da layihənin təşəbbüskarları, Bakı və Ankaranın ortaq mövqeyi nəticəsində biz bu gün qlobal layihələrdən danışırıq. Neft, qaz, indi isə nəqliyyat, həm də yaşıl enerji. Görün, nə qədər şaxələnib və nə qədər aktualdır. Çünki  vaxitikən Cənub Qaz Dəhlizinin çəkilməsi ilə bağlı 3500 kilometrlik  belə bir layihə masaya yatırılanda,  bunun da tənqidçiləri var idi ki, yəni Azərbaycanın qaz potensialı imkan vermir, bu buru kəməri rentabelli olamayacaq. Amma görürsünüz ki, artıq Azərbaycan tranzit bir dövlətə çevrilə bilər. Ayrı-ayrı ölkələr də bura qoşulacaq. Bu da Türk Dövlətləri Təşkilatı kontekstində inkişaf edir. Görürsünüz, hardan hara gəldik”.

İ.Hüseynov hada sonra əlavə edib ki, nəqliyyat sahəsində isə yəni Zəngəzur dəhlizi ilə bağlı problemlərdən hamımız məlumatlıyıq: “Amma burada  önəmli olan məsələ  həm də geopolitik qarşıdurmaların nəticəsidir. Baxmayaraq ki,  Ermənistan imzaladığı üçtərəfli bəynatın 9-cu maddəsində üzərinə öhdəliklər götürüb, bu isə açıq qalır.  Lakin digər tərəfdən burada, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsinə Avropa İttifaqının öz fikri də var, konsepsiysı da var. Yəni bu maraqlar da burada toqquşur. Yenidən Cənubi Qafqazda Şərq və Qərb qarşıdurması, qlobal Şimal və qlobal Cənub, indi müasir texlologiya ilə ifadə etsək, toqquşurlar. Eyni zamanda  Orta dəhlizin də düşünürəm ki, çox yaxşı perspektivləri var və bu coğrafiyadan keçəcək. Bu Şərq-Qərb bağlantılarıdır, İpək Yolunun bərpasıdır. Eyni zamanda burada  önəmli məsələ bundan ibarətdir ki,  dövlətlərin siyasi marağı və irdəsi vardır. Baxın, Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı tətbiq olunan sankiyalar, nəqliyat baykotu, eyni zamanda Yaxın Şərqdə gedən müharibələrdə husilərin Qırmzı dənizdə, Dən körfəzində həyta keçirdiyi fəaliyyət və nəqliyyat axınlarının qarşısının alınması, həm də  bu coğrafiyada kommunikasiya xətlərinin zəruriliyini ortaya çıxarır”, - deyə politoloq fikrini tamamlayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR