25.10.2025, 04:08
AZ EN
24.10.2025, 17:26 136

Qarabağda 19,3 milyonluq tikinti-abadlıq işlərinə başlanır

QARABAĞ
  • Qarabağın işğaldan azad olunmuş ərazilərində ümumi dəyəri 19,3 milyon manat olan tikinti layiələrinin icrasına başlanır.

"Vətən səsi" xəbər verir ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” həmin ərazilərdə aparılan bərpa və tikinti işləri çərçivəsində növbəti tenderlər elan edilib. Tenderlərdən biri  “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-137 üzrə binaların tikintisi işləri”nə aiddir. Layihənin ehtimal olunan dəyəri 9 milyon 643 min 311 manatdır.

İkinci satınalma tenderi isə yenidən qurulan Ağdam şəhərindəki F-2 yaşayış məhəlləsi üzrə enerji təsərrüfatı obyektləri, sahədaxili mühəndis-kommunikasiya sistemləri (su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilər) və yaşıllıq-abadlıq işlərinin layihələndirilməsini nəzərdə tutur. Bu layihənin ehtimal olunan qiyməti 9 milyon 675 min 661 manat müəyyən olunub. Hər iki tenderin ümumi dəyəri 19 milyon 318 min 973 manat təşkil edir.

Bildirilir ki, hər iki tender üzrə satınalmada iştirak etmək istəyən şirkətlər öz təkliflərin noyabrın 4-dək təqdim etməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər