25.10.2025, 12:42
AZ EN
24.10.2025, 21:00 112

Nazir: Vaşinqton Bəyannaməsi regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələdir

XƏBƏRLƏR
  • Vaşinqtonda avqustun 8-də imzalanmış Birgə Bəyannamə və digər əldə olunmuş tarixi razılıqlar regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələdir.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında deyib.

O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma işlərindən, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. (Report)

Oxşar xəbərlər