25.10.2025, 04:06
AZ EN
24.10.2025, 18:13 108

Paşinyanın həbs etdirdiyi mer Sərkisyanın adamı imiş

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş prezident Serj Sərkisyanı növbəti dəfə ələ salıb. O, Davit Ambarszumyanın həbsi ilə bağlı ittihamlara cavab verərkən ölkənin keçmiş rəhbərini siyasət meydanını şahmat taxtası ilə səhv saldığını, gənc kadrları aldadaraq cinayətə sürüklədiyini bildirib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, parlamentin sədri törətdiyi cinayətə görə həbs edilmiş Ambarsumyanın Serj Sarkisyanın adamı olduğunu söyləyib. Spikerin sözlərinə görə, Ambarsumyan etiraz aksiyası zamanı insanlara hücum edib: "Onun haqqında məlum olan yeganə məlumat onun törətdiyi həmin cinayətdir. Serj Sərkisyan özünü şahmatçı kimi təsəvvür edir, amma pis şahmat oynayır. Şahmatı nərd səviyyəsində oynayır. Siyasi baxımdan Davit Ambarsumyan kimə lazımdır?. Serj Sərkisyandan soruşun ki, niyə Tiqran Abramyan, Hayk Mamicanyan və ya Armen Aşotyanı baş nazirliyə namizəd kimi irəli sürmədi, irəli verdiyi o gənci kim tanıyırdı?. Sonradan Masis şəhərinin meri olan günahsız qulduru..."

Alen Simonyan jurnalistin sualına cavab verərkən deyib ki, oğurluq, qətl və digər cinayətlərdə şübhəli bilinən şəxslərin əksəriyyəti Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının və ya “Daşnaksütyun”un üzvləridir: "Kim cinayətə meyllidirsə və özünün qanun çərçivəsində apara bilmirsə, ya Sərkisyanın partiyasına, ya da "Daşnaksütyun"a üzv olmaq üçün ərizə yazsınlar. Sonra da bunu siyasi təqib kimi təqdim edin".

Xatırladaq ki, bundan əvvəl Masis şəhərinin meri Davit Ambarsumyan 2018-ci ilin aprelində keçirilən dinc aksiya zamanı insanlara hücum ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Hazırda Masis meri ölkə xaricindədir, oktyabrın 28-də qayıdacaq. Ambarsumyan Respublika Partiyasının parlament fraksiyasının baş nazirliyə namizədidir.

Elxan SALAHOV

Oxşar xəbərlər