Bu fikirləri açıqlamasında Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Əbülfət Süleymanov deyib.
O bildirib ki, 32 il öncə məcburi çıxarıldığı doğma yurduna hazırda böyük bir ailə ilə qayıdır.
“Ağdamdan çıxarılanda 32 yaşım var idi, 4 nəfərlə çıxmışdıq. İndi isə 66 yaşımda 10 nəfərlə qayıdıram - nəvələrimlə, ailəmlə birlikdə. Öz doğma yurdumuza qayıdırıq. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı versin”, - deyə Ağdam sakini əlavə edib. (AZƏRTAC)