Bu fikirləri açıqlamasında Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Rasim İmanov deyib.
O bildirib ki, ömrümün yarısını Bakı şəhərində məcburi köşkün kimi yaşayıb. İndi isə doğma yurda qayıtmaq onun üçün böyük sevinc, hədiyyədir.
“Mən həmişə düşünürdüm ki, mütləq qayıdacağıq. Sadəcə bilmirdim ki, müharibə, yoxsa sülh yolu ilə qayıdacağıq. Allah Prezidentimizə cansağlığı versin. Mübarizə apardıq və qələbə qazandıq. Bu, böyük bir uğurdur. Mən Prezidentimlə fəxr edirəm. Bütün dünya bilsin ki, biz onunla qürur duyuruq. Allah onun canını sağ etsin, Azərbaycan xalqını da qorusun”, - deyə R.İmanov əlavə edib. (AZƏRTAC)