Bu barədə universitetin məlumatında bildirilib.
Konfransda Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimov “Türk dünyasında ortaq əlifba problemi” adlı elmi məruzə ilə çıxış edib.
Məruzədə türk xalqları arasında ortaq əlifba probleminin tarixi əsasları, mövcud durumu və gələcək perspektivləri elmi müstəvidə təhlil edilib, ortaq əlifbanın türk dünyasında mədəni, elmi və ictimai əlaqələrin inkişafına mühüm töhfələr verəcəyi vurğulanıb.
Tədbirdə müxtəlif ölkələri təmsil edən tanınmış alimlər türkcənin imlası, dilin inkişafı və ortaq əlifba məsələlərinə dair elmi araşdırmalarını təqdim ediblər.
Tahirə AĞAMİRZƏ