15.09.2025, 02:44
AZ EN
15.01.2025, 13:48 353

Qarabağ Universitetinin Mentorluq Proqramı fəaliyyətə başlayır

XƏBƏRLƏR
  • Universitetin məlumatına görə, proqram çərçivəsində ilk olaraq mentorların fəaliyyətinə dəstək olmaq və onların işini daha da effektivləşdirmək üçün silsilə təlimlər həyata keçirilir.

Birinci təlim Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Fariz Əhmədov tərəfindən “Mentorluq Proqramının mahiyyəti və gözləntilər” mövzusunda keçirilib.

Təlimdə mentorların proqram müddətində qarşılaşa biləcəyi situasiyalar, mentorluq prosesinin önəmi və mentorlar üçün gözlənilən nəticələr barədə geniş məlumat verilib. Həmçinin mentorların fəaliyyətini daha məqsədyönlü və sistemli şəkildə həyata keçirmələrinə dəstək olan “Mentor bələdçi kitabçası” təqdim olunub.

Qeyd edək ki, Mentorluq Proqramı tələbələrin universitetin müxtəlif sahələrdə uğur qazanmış mütəxəssislərinin təcrübəsindən bəhrələnməsinə şərait yaradır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər