Qəbulda çıxış edən rayon rəhbəri sakinlərin qəbulu və müraciətlərinə operativ baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından, qaldırılan problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Daha sonra son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.
Qəbula gələn sakinlər həm şəxsi, həm də ümumi problemlərini səsləndiriblər. Onları narahat edən məsələlərlə bağlı verilən suallar ətraflı cavablandırılıb. Həlli mümkün məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Rayon sakinləri əhalinin gündəlik qayğı və problemləri ilə yerindəcə maraqlanaraq, həlli istiqamətində görülən tədbirlərə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Hazırladı: Mina RƏŞİD