Bu sözləri jurnalistlərə açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
“Daşaltı kəndi turizm məkanı kimi qurulur. Özəl investorlar tərəfindən təxminən 8 hektarlıq ərazidə layihənin icrasına başlanılıb, burada otel və villa tipli tikintilər aparılacaq. Daha sonra kəndin növbəti inkişaf mərhələsi üçün yeni investorlar cəlb olunacaq”, - deyə o əlavə edib. (AZƏRTAC)