Bu sözləri Ağdərə rayonunun Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün Ədalət Mirzəyev deyib. O, göstərilən hərtərəfli dövlət qayğısına görə minnətdarlığını ifadə edib: "Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə təşəkkür edirəm. Mən keçmiş məcburi köçkün kimi deyə bilərəm ki, biz həmişə dövlət qayğısı görmüşük. Ona görə də cənab Prezidentə özüm və ailəmiz adından dərin minnətdarlığımı bildirirəm". (APA)