30.03.2026, 13:07
AZ EN
14.03.2026, 08:00 111

Cəbrayıl sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Binəqədi rayonunda səyyar görüş-qəbul keçirib.

Binəqədi rayonunda fəaliyyət göstərən rayonun Qovşudlu kənd tam orta məktəbində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər diqqətlə araşdırılıb. Vətəndaş qəbulunda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla birgə, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.

İcra başçısı "Şəhərsalma və Memarlıq İli" çərçivəsində cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti altında "Böyük qayıdış" proqramına əsasən işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və əhalinin öz doğma torpaqlarına qayıdışından geniş söhbət açıb.

Görüşdə iştirak edən sakinlər onların müraciətlərinin dinlənilməsinə və həlli istiqamətində göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Oxşar xəbərlər