Bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli parlamentin payız sessiyasının oktyabrın 6-da keçirilən plenar iclasında Avropa Parlamentinin ötən gün qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Avropa Parlamentinin qəbul etdiyi qətnamə təəssüf hissi doğursa da, ancaq təəccüblü deyil: "Biz bu boz üzləri, nimdaş sifətləri 30 ildən artıqdır görürük. Biz son addımlarımızla da onları çox çətin duruma salmışıq. Təbii ki, bu da nəticəsiz ötüşə bilməzdi. Cənubi Qafqaz siyasətində çox biabırçı məğlubiyyətə düçar olan Fransa və onun rəhbərliyi Azərbaycana qarşı münasibətini bu cür ifadə etdi. Çünki əlindən başqa nə gələ bilər?! Qərəzli qətnamə yalnız Ermənistanı sakitləşdirmək üçün atılan addımdır. Bir sözlə, Azərbaycana heç bir təsiri olmayacaq”.
F.İbrahimli bildirib ki, əslində, qətnamə Fransanın düşdüyü vəziyyətdən çıxmaq üçün atdığı addımdır: “Onlar rəzil duruma düşüblər. “Ağsaqqalı gülüm olanın, başına külüm olar” misalı bu məsələdə tam yerinə düşür. Avropanı da o günə salıblar. Azərbaycan hər zaman bütün vəziyyətlərdən uğurla çıxıb. Necə deyərlər “dəyirman bildiyini edir, çak-çak baş ağrıdır”. (Report)