22.11.2024, 18:04
AZ EN
03.09.2024, 09:49 271

Yalçın Rəfiyev: Bakı Qlobal İqlim Şəffaflığı Platformasını açmaqdan çox məmnunuq

XƏBƏRLƏR
  • Bu gün Bakı Qlobal İqlim Şəffaflığı Platformasını istifadəyə verəcəyik. Bu platformanı açmaqdan çox məmnunuq.

Bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da deyib.

Onun sözlərinə görə, bu platforma qarşılıqlı olaraq inam və etimadın inşası üçün hazırlanıb: "Təbii ki, inkişaf etmiş şəffaflıq gündəmi tərəflər konfransı ilə məhdudlaşmır".

Baş danışıqçı qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı şəffaflığa böyük önəm verir: "Bizim İqlim şəffaflığı müddətində ən mühüm işlərimizdən biri bu platformanın istifadəyə verilməsidir". (Report)

Oxşar xəbərlər