18.01.2026, 13:22
AZ EN
17.01.2026, 19:15 136

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Modern İnkişaf və Ailə” anım tədbiri keçirib

XƏBƏRLƏR
  • 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə Nəsimi Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Zahid Xəlilov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, 20 Yanvar hadisələrinin iştirakçıları, ictimai birlik üzvləri və şəhid ailələri iştirak ediblər.

Tədbirdə bildirib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin şanlı və qanlı səhifəsidir. Bu faciənin milli yaddaşda xüsusi yer tutduğunu, şəhidlərin qəhrəmanlığının dövlətçilik tariximizin mənəvi dayaqlarından birinə çevrildiyi vurğulanıb.

Bundan başqa, 20 Yanvar faciəsinin xalqın iradəsini sındıra bilmədiyi, əksinə azadlıq və suverenlik yolunda birliyi daha da möhkəmləndirdiyi qeyd edilib. Bildirilib ki, 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulur, onların ailələrinə diqqət və qayğı dövlət və cəmiyyət üçün mənəvi borc hesab olunur. Bu kimi anım tədbirlərinin tarixi həqiqətlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rolu vurğulanıb.

Bununla yanaşı, 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında dönüş nöqtəsi olduğu bildirilərək həmin dövrdə xalqın göstərdiyi həmrəyliyin bu gün də milli birliyin əsas göstəricilərindən biri kimi dəyərləndirildiyi qeyd edilib.

Sonra 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri elmi prizmadan şərh edilib, bu faciənin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsinin vacibliyini vurğulanıb.

Tədbirin sonunda "Modern İnkişaf və Ailə” İctimai Birliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə maddi yardımlar təqdim olunub. (AZERTAC)

Oxşar xəbərlər