15.09.2025, 17:58
AZ EN
06.12.2023, 12:28 374

Ruhun şad olsun, qəhrəman şəhid

XƏBƏRLƏR
  • Əli uşaqlıqdan mehriban, istiqanlı, imanlı və tərbiyəli olub. İdmançıydı, bu sahədə uğurları da az deyildi. Ailəsi vardı. Amma o, müddətdən artıq Xüsusi təyinatlı hərbi qulluqçu kimi hər şeydən əvvəl Vətənin keşiyində dayanmışdı. Əli hər an müharibəyə hazır idi. Şəhid olduqdan bir neçə ay sonra övladı dünyaya gəldi...     

Şəhid Əli Abbas oğlu Məmmədov 1997-ci il dekabrın 6-da Naxçıvanda, Şərur rayonunun Maxta kəndində dünyaya göz açıb. Orta təhsilini bitirdikdən sonra qaydasız döyüş (MMA) idman növü ilə məşğul olan Əli bir çox respublika və beynəlxalq səviyyəli yarışlarda birincilik qazanıb. O, 2019-cu ildə hərbi xidmətə yollanıb, 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Vətənə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Oktyabrın 23-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz doğma Şərur rayonunda böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və üçüncü dərəcəli “Vətənə xidmətə görə” odeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər