17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək bu tədbir bütün dünyada təqribən üç milyard insanın üzləşdiyi mənzil böhranının həll yollarını müzakirə etmək məqsədi ilə qlobal liderləri bir araya toplayacaq.
BMT-Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək WUF13 tədbirində dövlət başçıları, nazirlər, şəhər merləri, şəhərsalma üzrə ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri bir araya gələrək layiqli mənzil təminatı, inklüzivlik və iqlimə davamlılıq üzrə həll variantlarının formalaşdırılmasında şəhərlərin oynaya biləcəyi rolu müzakirə edəcəklər.
Jurnalistlər üçün qlobal platforma
WUF13 tədbiri media nümayəndələrinə şəhər və icmaların gələcəyini formalaşdıran yüksək səviyyəli qlobal müzakirələri işıqlandırmaq üçün unikal platforma təqdim edir. WUF13-ə qatılan media nümayəndələrini aşağıdakı imkanlar gözləyir:
Altı gün ərzində keçiriləcək WUF13 tədbiri açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi də daxil olmaqla yüzlərlə tədbiri əhatə edəcək. Tədbirdən əvvəl isə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş yüksək səviyyəli sessiya təşkil olunacaqdır.
Media nümayəndələrinin akkreditasiyası
Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər. Elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.
Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.
WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün https://wuf.unhabitat.org/wuf13 veb-saytına daxil ola bilərsiniz.
Akkreditasiyadan keçmək üçün prosedur aşağıdakı kimidir:
Müraciətlər diqqətlə nəzərdən keçirildikdən və təsdiqləndikdən sonra akkreditə olunan şəxslərə rəsmi bildiriş məktubu göndəriləcək.
Tələb olunan sənədlər:
Xidməti ezamiyyət məktubu üzrə tələblər:
Media təlimatları
WUF13 çərçivəsində fəaliyyət göstərən media nümayəndələri üçün aşağıdakı qaydalar tətbiq olunur:
İctimai yerlərdə (küçələr, meydanlar və s.) foto və video çəkilişinə ümumi icazə verilir. Lakin məkanlara giriş haqqının və digər ödənişlərin əvvəlcədən dəqiqləşdirilməsi media nümayəndələrinin məsuliyyətindədir. Özəl mülklərdə çəkiliş üçün isə müvafiq obyekt rəhbərliyi ilə birbaşa razılaşma tələb olunur.
Əlaqə məlumatları:
Tədbir zamanı media nümayəndələri üçün əsas sessiyalara, yerli hökumət və BMT rəsmiləri ilə mətbuat brifinqlərinə giriş, eləcə də yüksək səviyyəli ekspertlər və rəsmi şəxslərlə müsahibələrin, canlı yayımlar və reportajlar üçün xüsusi media zonalarının təşkili kimi imkanlar yaradılacaq.
Qeyd edək ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökuməti tərəfindən “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda bu il Bakıda təşkil olunacaq WUF13 şəhərlərin layiqli mənzil təminatı, inklüzivlik və iqlim davamlılığı üzrə həll yollarını araşdıracaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, şəhər rəhbərlərini, ekspertləri və media təmsilçilərini bir araya gətirəcək.
Ümumdünya Şəhərsalma Forumu haqqında
2001-ci ildə BMT tərəfindən yaradılmış Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlər, icmalar, ölkələr və iqlim dəyişmələrinə təsirlərini araşdırmaq məqsədilə təşkil olunan aparıcı qlobal konfransdır. Forum öz fəaliyyətinə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlayıb və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur. (APA)