Bu fikirləri Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun (İsveç) direktoru Svante Kornell deyib.
Ekspertin sözlərinə görə, bu regionun gələcəyi var: “Gələcəkdə başqa Qafqaz, başqa Qarabağ görə biləcəyik. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması mümkündür. Biz bunu görürük”.
S.Kornell ermənilərin separatçı əhval-ruhiyyəsindən danışarkən qeyd edib ki, o, SSRİ-də separatçılıq əhval-ruhiyyəsinin məhz Qarabağdan başladığını dəfələrlə bəyan edib: “Bu gün Ukrayna belə separatizmin nəticələrini görür. Azərbaycanın separatizmdən necə əziyyət çəkdiyini hamı bilir. Bu, məlum strategiyadır - separatizmdən istifadə edərək ölkəni zəiflədirsən”.
Onun fikrincə, Ermənistanın mövqeyini dərhal dəyişmək mümkün deyil, bu, yəqin ki, bir neçə il çəkəcək: “Amma görünür, Ermənistanda da artıq baş verənlərin ölkənin xeyrinə olmadığını anlamağa başlayıblar. Ermənistanın yeni strategiyaya ehtiyacı var”. (Report)