09.03.2026, 21:07
AZ EN
09.03.2026, 16:30 145

MN: Türkiyə ərazisinə qarşı raket hücumunu qətiyyətlə pisləyirik

XƏBƏRLƏR
  • Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pisləyirik.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Türkiyə Respublikasının ərazisinə qarşı raket hücumu ilə bağlı bəyanatında bildirilib.

“Bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir.

Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.

Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır, - deyə bəyanatda qeyd olunub. 

Oxşar xəbərlər