20.09.2024, 13:50
AZ EN
06.04.2023, 21:00 204

Vüqar Süleymanov: “Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi çox aşağıdı”

XƏBƏRLƏR
  • Biz Ermənistana, ermənilərə nə qədər humanizm prinsipindən yanaşsaq da, onların bizə təqdim etdiyi “mina xəritələri” can almaqda davam edir. Bu günə kimi aparılan mina təmizləmə əməliyyatlarında 75 min hektardan çox ərazi minalardan və partlamamış sursatlardan təmizlənib ki, nəticədə 85 mindən çox mina və partlamamış sursat zərərsizləşdirilib. Halbuki bu rəqəm daha yüksək ola bilərdi.

Fövqəaladə Hallar Nazirliyinin mayoru Süleyman Heydərov bildirib ki, 2022-ci il 13 may tarixində mina təmizləmə üzrə icra edilən tapşırıq  zamanı piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarəti alaraq hər iki gözümdən yaralanmışam, sol gözüm tamamilə ambutansiya olunub, sağ gözüm isə öz gözümdür, yerindədir.

Amma Süleymanın sağ gözü də görmə qabiliyyətini demək olar ki, itirib. Hazırda müalicələri davam edir. O Fövqəaladə Hallar nazirliyinin mayorudur. 30 yaşı var. Qolunun üçdə bir hissəsi də Ağdamda minaya düşəndən sonra amputasiya olunub. Dediyinə görə, 2015-ci ildən Fövqəladə Hallar Nazirliyinin sıralarında xidmətə başlayıb. 2021-ci ildən isə işğaldan azad olunan ərazilərdə yeraltı düşmənlə mübarizə işinə cəlb edilib. Nazirliyin xüsusi risqli xilasetmə xidmətinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi olub. İndiyədək də gəzdiyi hər qarış ərazini, təmizlədiyi hər minanın detalını təsəvvür edir, əzbərləyə bilir. Hazırda hərbçi olaraq təxris olunub. Lakin mülki işçi kimi nazirliyin sıralarında fəaliyyətini davam etdirir.

Hazırda bərpa və yenidənqurma işlərinin sürətlə aparılmasındakı əngəllərdən biri və ən əsası da məhz minalardır. Hər gün qarış-qarış, addım-addım yeraltı maneələrdən təmizlənən ərazilərimizdə  əfsuslar olsun ki, partlayış halları da az olmayıb. Ümumilikdə 3 il ərzində 38 mülki şəxs həlak olub.  131-i isə xəsarət alıb. Hərbçilərə gəlincə, onlardan 13 nəfəri həlak olub, 158-i yaralanıb.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov isə bildirib ki, təəssüf ki, xəritələrin dəqiqliyi çox aşağıdı, 25 faiz civarındadır. Biz istənilən məlumatdan  yararlanmaq istəyirik və buna hazırıq. Təəssüf  ki, verilən məlumatlar dəqiq deyil.  Bundan başqa, bizim statistikamız onu göstərir ki,  baş vermiş mina hadisələrinin  yarısından çoxu  keçmiş təmas xəttindən içəridə olan ərazilərdə baş vermişdir və o ərazilər barədə bizə heç bir məlumat ötürülməyib.

Sözsüz ki, xəritələrin  yalnış olması işimizi bir qədər ləngidir. Amma buna baxmayaraq, ANAMA, Fövqəladə Hallar Nazirliyi və digər qurumların birlikdə icra etdikləri missiya yeraltı ölüm toxumlarından qurtulmağımızda yardımçı olacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR