Səyyar qəbulda “Böyük Qayıdışa dair Dövlət Proqramı”na əsasən əhalimizin öz doğma torpaqlarına köçürülməsi, həmçinin ötən il sosial-iqtisadi sahədə əldə edilmiş nəailiyyətlər barədə danışan Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlara göstərilən sosial xidmətlər, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Qəbul zamanı rayon sakinləri onları narahat edən məsələlərlə bağlı suallarını səsləndiriblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülüb.
Qəbulda iştirak edən rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD