Bu fikri açıqlamasında İğdırda “Azərbaycan Evi” cəmiyyətinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) sədr müavini Serdar Ünsal söyləyib.
Serdar Ünsal vurğulayıb ki, Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib.
“Bu iradəni Sovet rəhbərliyinin zorakılıq və repressiya maşını sındıra bilməyib. “Qara Yanvar”ın ildönümü təkcə matəm günü deyil, həm də Azərbaycanın qəhrəmanlıq dastanının hər yerdə xatırlandığı gündür”, – deyə TADDEF rəhbəri 36 il əvvəl Bakıda və respublikanın digər bölgələrində Sovet hərbçiləri tərəfindən qətlə yetirilmiş dinc sakinlərin xatirəsini anaraq bildirib.
Onun sözlərinə görə, faciəyə görə məsuliyyət daşıyanlar rəsmi üzr istəməli, cəzalandırılmalı və şəhidlərin doğmalarına kompensasiya ödəməlidirlər: “Azərbaycanda törədilmiş cinayətlər cəlladların və onların tərəfdarlarının vicdanına qara ləkə kimi düşüb. Əminəm ki, 20 Yanvar şəhidlərinin xatirəsi unudulmayacaq”. (AZERTAC)