Bu barədə Marneuli meriyası məlumat yayıb. Bildirilib ki, Marneuli və Hucabinin yepiskopu Qiorqinin Camdelianinin xeyir-duası ilə “Müqəddəs Andria Pirveltsodebuli" kilsəsinin təməli qoyulub.
Mərasimdə Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Gürcüstan Parlamentinin deputatları Zaur Darğallı və Aleksandr Dalakişvili, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze, Qardabani Munisipalitetinin meri Davit Karqareteli və digər rəsmilər iştirak ediblər. ("APA")