30.07.2025, 20:31
AZ EN
10.02.2023, 18:20 252

Əmək pensiyaları indeksləşdirildi

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2023-cü il yanvarın 1-nə 2022-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək barədə tapşırıq verilib. (AZƏRTAC)

 

Oxşar xəbərlər