Qubadlı şəhər sakini, İsgəndərov İlkin Camal oğlu 1999-cu il martın 18-də Sumqayıt şəhərində anadan olmuşdur. 2016-cı ildə Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbini bitimişdir. 2018-2019-cu illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır. Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş və döyüşlərdə fəal iştirak etdiyinə görə ona çavuş hərbi rütbəsi verilmişdir.
25 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və Sumqayıt şəhər Şəhidlər xiyabanında böyük ehtiram və izdihamla dəfn olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İsgəndərov İlkin Camal oglu ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Subay idi.
Allah rəhmət eləsin!
Tahirə AĞAMİRZƏ