22.11.2024, 03:16
AZ EN
28.12.2022, 17:40 311

Aksiyanın 17-ci günü: Hər kəs tələblərinin yerinə yetiriləcəyinə inanır

XƏBƏRLƏR
  • Qış olmasına baxmayaraq, Şuşada sanki yaz fəsli hökm sürür. Aksiya iştirakçıları 17 gündür ərazidə olsalar da, hər şeyin yaxşı olacağına ümidlidirlər. Həm Daxili Qoşunların, həm də Daxili İşlər Nazirliyinin əməkdaşlarının Şuşa şəhərindən keçən Laçın-Xankəndi yolunda aksiya iştirakçılarının təhlükəsizliyini təmin etməsi, etirazçıları daha da ruhlandırır. Aksiya yerini "döyüş postu" bilən könüllülər Vətənə olan sevgilərini növbəli sistemlə dinc yolla nümayiş etdirirlər. Onlar ermənilərin Qarabağda ekoloji terroru dayandırması, həmçinin ərazilərimizdə monitorinqin aparılmasına şərait yaradılması üçün mütəmadi olaraq şüalar səsləndirirlər. Aksiyada iştirak edən hər bir könüllü bu məqsədlə buradadır ki, səsləndirdikləri tələblər yerinə yetirilsin.

Laçın-Xankəndi yolundakı etirazçıların fikirləri ilə tanış olun.

Bakı Dövlət Universitetinin tələbəsi Aysel Əliyeva ümumi əhvali-ruhiyyənin yaxşı olduğunu vurğulayıb: "Artıq bir neçə gündür ki, aksiya keçirilən ərazidəyəm. Mütəmadi olaraq ekoloji terrora son qoyulması ilə bağlı şüarlar səsləndirib, tələblərimizi irəli sürürük". Aysel Əliyeva bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu aksiyaya dəstək verməlidir. Burada olan hər kəs qərarlı şəkildə tələblərimizin yerinə yetiriləcəyinə inanır.

Aksiya könüllüsü Tuqay Hüseynzadə yoldaşları ilə birgə burada olduğu üçün qürur hissi keçirdiyini diqqətə çatdırıb: "Havanın soyuq olması bizə çətinlik törətmir. Çünki biz Azərbaycanın təbii sərvətlərinin toxunulmazlığı üçün mübarizə aparırıq". O qeyd edib ki, burada olan hər kəsin məqsədi birdir, tələblər yerinə yetirilməlidir, əks halda etirazlar davam edəcək.                                                                                                       

 “ASAN” könüllüsü Əli İbadzadə isə deyib: “Artıq bir neçə gündür ki, gecə-gündüz   demədən tələblərimizin yerinə yetirilməsi üçün var gücümüzlə səy göstəririk.   Tələblərimiz  isə çox sadədir, biz ekoloji tarazlığın qorunması, təbii sərvətlərimizin   qanunsuz talanmasına son qoyulmasını istəyirik. Düşünürəm ki, bu, bizim ən təbii   hüququmuzdur”. 

O qeyd edib ki, hava şəraiti əhvali-ruhiyyəmizə təsir etmir: "Əminik ki, əziyyətimiz yerdə  qalmayacaq. Bu, hər birimizin fikirdir ki, tələblərimiz yerinə yetirilənə qədər biz aksiyaya   davam edəcəyik. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR