05.05.2025, 10:40
AZ EN
07.09.2023, 09:43 278

Yurduna qayıdan Füzuli sakini: Artıq pis günlər geridə qaldı

XƏBƏRLƏR
  • Otuz il idi ki, məcburi köçkün həyatı yaşayırdıq və Sumqayıt şəhərində məskunlaşmışdıq. Altı yaşımda yurdumu tərk etmişdim. Artıq pis günlər geridə qaldı.

Bu sözləri ata-baba yurduna qayıdan Füzuli sakini Fərid Məmmədov deyib.

“Torpaqlarımız işğaldan azad edildikdən sonra bir dəfə Füzuliyə səfər etmişəm. Orada insanı tamam başqa hisslər bürüyür. Bir anlıq o torpaqlar uğrunda igidlərimizin necə vuruşduğu gözlərimdə canlandı. Orada yaşamağımız üçün gözəl şərait yaradılıb, evlər tikilib. Füzulinin əsl sakinləri qayıdır”, – deyə Fərid Məmmədov qeyd edib.

Füzuli sakini dövlətimizin başçısına, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman Vətən oğlanlarına da təşəkkürünü bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər