Bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün Murad Səfərov söyləyib.
Uzun həsrətdən sonra geri qayıtdıqları üçün çox sevincli olduğunu deyən keçmiş məcburi köçkün 34 illik ağrı-acının sona çatdığını bildirib. Ağdamdan məcburi köçkün düşəndə 34 yaşını olduğunu xatırladan M. Səfərov bu gün 64 yaşında geri döndüyünü vurğulayıb.
O, işğal dövründə Ağdamdan 7 nəfərlə çıxdığını, lakin bu gün 3 nəfərlə qayıtdığını deyib. (AZƏRTAC)